• İDMAN

    01:47 24 mart 2019

Qaret Beyl: "Qrupda birinci yeri tutmaq niyyətindəyik"

“Seçmə mərhələnin E qrupunda birinci yeri tutmaq niyyətindəyik. Bunu bacarmayacağımıza hər hansı səbəb görmürəm”.

ONA-nın məlumatına görə, bunu Uels milli komandasının futbolçusu Qaret Beyl deyib.

İspaniya “Real”ının ulduz futbolçusu AVRO-2020-nin seçmə mərhələsindəki iddiaları barədə danışıb. Q.Beyl Azərbaycan, Slovakiya, Xorvatiya və Macarıstan yığmalarının da yer aldığı qrupda birinci yeri tutmaq niyyətlərini açıqlayıb: “Bizi həmişə ikinci nömrə hesab edirlər. Amma bukmekerlər heç də həmişə haqlı olmur. Seçmə mərhələyə qrup qalibi olmaq niyyəti ilə başlayırıq. Bilirik ki, Slovakiya və Xorvatiya mililəri artıq ilk qələbələrini qazanıblar. Amma bu da heç nəyi dəyişmir. Başa düşürük ki, qrupumuz asan deyil. Böyük turnirlərə çıxmaq həmişə çətindir. Lakin biz buna hazırıq. Mümkün olan hər şeyi edəcəyik”.

Qeyd edək ki, Uels yığması bu gün keçirəcəyi ilk oyunda Slovakiya ilə qarşılaşacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR