• İDMAN

    14:59 4 aprel 2019

Qazancı artırılan Mario Mancukiç “Yuventus”la yeni müqavilə imzalayıb

İtaliyanın “Yuventus” klubu xorvatiyalı futbolçusu Mario Mancukiçlə yeni müqavilə imzalayıb.

ONA-nın məlumatına görə, 33 yaşlı hücumçu ilə anlaşma müddəti uzadılıb.

M.Mancukiçin yeni müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Balkanlı forvardın qazancı da artıb. Əvvəlki müqaviləyə əsasən mükafatlarsız ildə 4,5 milyon avro əldə edən futbolçu yeni anlaşmadan sonra 5,5 milyon avro qazanacaq.

Qeyd edək ki, 2015-ci ildən “Yuventus”da çıxış edən M.Mancukiç “byankoneri”nin heyətində keçirdiyi 159 oyunda 43 qol vurub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR