Qazaxıstan Boks Federasiyası cəzalana bilər.
ONA-nın məlumatına görə, qazaxlar Beynəlxalq Həvəskar Boks Assosiasiyasından (AİBA) kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalıblar.
Belə ki, Tailandın paytaxtı Bankonkda keçirilən Asiya çempionatı zamanı bir araya gələn İşçi Qrupu AİBA və Asiya Boks Konfederasiyasının (ASBC) şikayətlərinə baxıb. Toplantıda ASBC-nın sabiq prezidenti Selik Konakbayevin arxiv və maliyyə sənədlərini yeni rəhbərliyə təqdim etməsi dəqiqləşib. Yığıncaqda AİBA-nın İcraiyyə Komitəsinə tapşırılıb ki, müvafiq tədbirlərin görülməsi ilə bağlı İntizam Komissiyasına müraciət olunsun.
Qazaxıstan Boks Federasiyasının icraçı direktoru Bekjan Bektenovla bağlı müzakirələr də aparılıb. O, digər milli federasiyalarla birgə yeni təşkilat yaratmağa cəhddə günahlandırılır. Bu təşkilat Olimpiya təsnifat turnirlərinin keçirilməsinə nəzarət etməli idi. Məsələnin baxılması üçün AİBA-nın İcraiyyə Komissiyasına verilməsi qərara alınıb. B. Bektenovun AİBA üzvlüyündən də çıxarılması tövsiyə olunub ki, o, digər federasiyaların rəhbərləri ilə görüşə bilməsin.