• İDMAN

    15:55 13 mart 2019

Çempion olan “Qəbələ” avrokubokda iştirakını rəsmiləşdirib

AFFA-nın 19 yaşadək komandalar arasında təşkil etdiyi Gənclər Liqasının qalibi müəyyənləşib. ONA-nın məlumatına görə, yarışın qalibi bu gün keçirilən XXII turda bəlli olub.

IV dövrəyə “Qarabağ”la ev oyunu ilə start verən “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. Bununla da xal hesabını 60-a çatdıran “qırmızı-qaralar” sona 6 tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

21 turdan sonra 2-ci yerdəki “Keşlə”ni 18 xal qabaqlayan Famil Xəlilovun yetirmələri üçün əsas rəqibinin “Sumqayıt”la bugünkü matçının nəticəsi də əhəmiyyət kəsb etməyib. Çünki xallar bərabər olsa belə şəxsi oyunlarda “Qəbələ” üstünlüyə malikdir – 2:0, 5:0, 3:0.

İkisi ardıcıl olmaqla 4-cü dəfə Azərbaycan çempionu adını qazanan “Qəbələ”nin U-19 komandası bu uğurla UEFA Gənclər Liqasında çıxış etmək hüququ qazanıb. Əyalət təmsilçisi ölkəmizi avrokubokda 3-cü dəfə təmsil edəcək.

Qeyd edək ki, “Qəbələ” 2012/13, 2015/16 və 2017/18 mövsümlərində də U-19-lar arasında Azərbaycan çempionu adına yiyələnib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR