“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.
ONA-nın klubun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu əsas komandada 2013/14 mövsümündə debüt edib. “Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb.
Camalov “Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Yarımmüdafiəçi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçısı olub.
Qeyd edək ki, “Qəbələ” kapitanı Cavid Hüseynovla da vidalaşıb.