Topaz Premyer Liqasında XXIII turun oyunlarını idarə edəcək hakimlərin adları məlum olub.
ONA-nın məlumatına görə, turun mərkəzi - “Qəbələ” - “Qarabağ” matçı Səbuhi Bayramova tapşırılıb.
FİFA dərəcəli referilərimizdən Rəhim Həsənov "Sabah" - "Səbəil" oyununu idarə edəcək. Rauf Cabbarov isə "Sumqayıt" - "Keşlə" qarşılaşmasında dördüncü hakim olacaq.
Qeyd edək ki, bütün oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
6 aprel (şənbə)
“Sumqayıt” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 16:00
“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvion Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“Bakcell Arena”, 18:00
7 aprel (bazar)
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Qəbələ şəhər stadionu, 14:00
“Sabah” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Əlincə Arena”, 16:30