“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.
APA-nın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl-Salmiyə” klubuna transfer olunub.
Asiya təmsilçisinin nümayəndələri futbolçunu “qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər. “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub.
O, yeni komandası ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, K.Mirzəyev “Qəbələ” klubunun akademiyasının yetirməsidir.