• İDMAN

    00:54 10 mart 2019

"Qəbələ"nin kikboksçusu “Glory” seriyasında növbəti qələbəsini qazanıb

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib. ONA-nın məlumatına görə, təmsilçimiz Fransanın Strasburq şəhərində təşkil olunan “Glory64” çərçivəsində rinqə çıxıb.
Yarımorta çəki dərəcəsində qüvvəsini sınayan idmançımız Surinam əsilli hollandiyalı Murtela Qroenhartla qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan A.Nəbiyev görüşdən qalib ayrılıb. Alim rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Bu, kikboksçumuzun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, “Glory” seriyasında keçirdiyi 6-cı görüşdə 5-ci qələbəsi olub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR