• İDMAN

    21:38 7 mart 2019

"Qəbələ"nin kikboksçusu “Glory” seriyasında qüvvəsini sınayacaq

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. ONA-nın məlumatına görə, 25 yaşlı idmançı nüfuzlu “Glory” seriyasında qüvvəsini sınayacaq.
Yarımorta çəki dərəcəsində seriyanın reytinq birincisi olan Nəbiyev Fransanın Strasburq şəhərində təşkil edilən “Glory64” çərçivəsində rinqə çıxacaq. Martın 9-da keçiriləcək döyüşdə Alimin rəqibi Surinam əsilli Hollandiya kikboksçusu Murtel Qroenhart olacaq.
Təmsilçimizin 33 yaşlı rəqibi peşəkar rinqdə keçirdiyi 91 qarşılaşmada 65 qələbə qazanıb, 23 məğlubiyyət alıb və 3 dəfə heç-heçəylə kifayətlənib. “Glory” reytinqində 3-cü olan hollandiyalı bu seriya çərçivəsində keçirdiyi 18 döyüşdə 11 dəfə qələbə qazanıbsa, 7 dəfə məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, “Glory” seriyasında keçirdiyi 5 döyüşdə 4 qələbə və 1 məğlubiyyəti olan Nəbiyev ümumilikdə 57 dəfə rinqə çıxıb. Onun hesabında 50 qələbə və 7 yenilgi var.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR