Qitənin ən nüfuzlu klub turnirinin rekordu təkrarlanıb - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 02:24 14 Mart 2019

Qitənin ən nüfuzlu klub turnirinin rekordu təkrarlanıb - VİDEO

İngiltərə Çempionlar Liqasının 1/4 final mərhələsində 4 komanda ilə təmsil olunacaq. ONA-nın məlumatına görə, bu göstərici turnirin tarixində rekord nəticədir.

Qitənin ən nüfuzlu turnirində Premyer Liqanı təmsil edən komandalar “Tottenhem”, “Mançester Yunayted”, “Mançester Siti” və “Liverpul”dur.

İngiltərə 1/8 finalı adlayan səkkiz iştirakçıdan yarısına malik olan yeganə ölkədir. Bunadək qeydə alınan iki belə göstərici də məhz futbolun yaradıcılarının hesabında idi.

2007/08 və 2008/09 mövsümlərində dörd təmsilçisi 1/8 final səddini adlayan ingiltərəlilər 10 ildən sonra 3-cü dəfə eyni nailiyyətə imza atıblar. Maraqlıdır ki, əvvəlki iki halda eyni klublar bunu bacarıblar. 

Həmin illərdə “dördlük”də yer alan “Liverpul”la “Mançester Yunayted” yenə yarımfinalın bir addımlığındadır.  “Çelsi” və “Arsenal”ın yerini isə “Tottenhem”lə “Mançester Siti” tutublar.

Vüqar Xeyrullayev

Teqlər: Çempionlar Liqası rekord

OXŞAR XƏBƏRLƏR