• İDMAN

    09:21 5 aprel 2019

Azərbaycan millisinin 8 cüdoçusu Qran-pridə mübarizəyə başlayır

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri turniri start götürəcək.

ONA-nın məlumatına görə, yarışın ilk günü Azərbaycan millisinin 8 üzvü tatami üzərinə çıxacaq.

Həmyerlilərimizdən 60 kq çəki dərəcəsində mübarizə aparacaq Oruc Vəlizadə birinci döyüşünü qazaxıstanlı Yeldos Smetova qarşı keçirəcək. Orxan Səfərovun ilk rəqibi isə Erik Takabatake (Braziliya) olacaq.

66 kq çəki dərəcəsində gücünü yoxlayacaq Nicat Şıxəlizadə birinci mərhələdən azaddır. İbrahim Əliyevin Qran-pridə debütü portuqaliyalı Joao Krisostomoya qarşı olacaq.

Xanım cüdoçuların yarışında Aişə Qurbanlı Nazlıcan Kılıcı (Türkiyə), Leyla Əliyeva (hər ikisi 48 kq) Aleksandra Popu (Rumıniya) sınağa çəkəcək. Digər cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) da yarışa 1/8 finaldan başlayacaq. O, türkiyəli Dilarə Lokmanhekimlə qüvvəsini sınayacaq. Milliləşdirilmiş legionerimiz İçinxorlu Munxtsedev (57 kq) isə sloveniyalı Kaya Kayzerlə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız yarış üçün 19 cüdoçu sifariş etsə də, son anda heyətdə dəyişiklik edilib və Məmmədəli Mehdiyev (90 kq) heyətdən çıxarılıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR