• İDMAN

    12:19 29 aprel 2019

Qurban Qurbanov “Qarabağ”la Premyer Liqada 200-cü qələbəsini qazanıb

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

ONA-nın məlumatına görə, bu, Topaz Premyer Liqasının XXVI turunun “Zirə” ilə səfər oyununa təsadüf edib.

2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

Qeyd edək ki, Q. Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR