• İDMAN

    12:30 4 mart 2019

Qurban Qurbanov: “Yurçeviçə bildirdim ki, köməklik lazım olsa, hazıram”

“İcraiyyə Komitəsinin iclasında Tovuz Futbol Akademiyasının yaradılması, VAR sistemi ilə bağlı danışıldı. Bir az pozitiv fikirlər oldu. Bir də bəzi məsələlər müzakirə olundu”. ONA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, AFFA İcraiyyə Komitəsinin (İK) iclası bərədə məlumat verib. Millidən ayrıldıqdan sonra İK-dan da getmək istədiyini bildirən mütəxəssis bu dəfə belə bir danışığın olmadığını deyib.
Q.Qurbanov yığmanın yeni baş məşqçisi Nikola Yurçeviçlə görüşlərindən də danışıb: “Qısa olaraq, bəzi futbolçular barədə söhbət etdik. "Qarabağ"ın düşərgəsinə gəlmək istədi. Yəqin ki, bu, martın 6-7-də reallaşacaq. Futbolçularla görüşmək istədiyini dedi və mən də bildirdim ki, mən tərəfdən hansısa köməklik lazım olsa, hazıram. Komandamıza simpatiyasını göstərdi. Hər halda, milliyə, futbolçulara kömək etmək borcumuzdur”.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR