• İDMAN

    10:51 20 aprel 2019

Rafael Ağayev Premyer Liqada bürünc medal üçün döyüşəcək

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından Premyer Liqa turniri start götürüb.

ONA-nın məlumatına görə, mövsümün 3-cü mərhələsinin ilk yarış günü 6 idmançımız döyüşlərə qatılıb.

Təmsilçilərimizdən yalnız Rafael Ağayev (75 kq) medal şansını saxlayıb. O, ilk döyüşdə iranlı Əli Əsgər Asiabariyə 2:3 hesabı ilə uduzsa da, təsəlliverici görüşlərdən üstün ayrılıb. Karateçimiz bürünc medal uğrunda qarşılaşmada Loqan Da Kosta (Fransa) ilə üz-üzə gələcək. Döyüş aprelin 21-də olacaq.

Ondan fərqli, Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (67 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) yarışla vaxtından əvvəl vidalaşıb.

Digər karateçilərimiz isə bu gün yarışa qoşulacaqlar.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR