Aprelin 16-17-də 21 yaşadək cüdoçular arasında “Raquf Orucov Kuboku” keçiriləcək.
ONA-nın məlumatına görə, üçüncü dəfə təşkil olunacaq beynəlxalq yarışda 16 yerli və xarici komanda iştirak edəcək.
Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klubları yarışlarda iştirak edəcəklərini təsdiqləyiblər. Rusiya turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalarla qatılacaq.
Qeyd edək ki, birincilik Bakı İdman Sarayında olacaq.