Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında III turun görüşləri başa çatıb. ONA-nın məlumatına görə, üçüncü oyun günü Azərbaycan şahmatçıları üçün uğurlu alınıb.
Belə ki, 7 təmsilçimizdən heç biri ilk dəfə məğlub olmayıb. Onlardan 5-i qələbə qazandığı halda, 2-si heç-heçə ilə kifayətlənib. Həmyerlilərimizdən ən yaxşı nəticə Məhəmməd Muradlıya məxsusdur. Onun kimi, Rauf Məmmədovla Ülvi Sadıqov da ardıcıl ikinci qələbəsini qazanıblar.
Avropa çempionatı
III tur
Rauf Məmmədov (2701) – Pyotr Pyesik (Polşa, 2420) - 1:0
Eltac Səfərli (2662) – Serkan Soysal (Türkiyə, 2405) - 0,5:0,5
Momçil Petkov (Bolqarıstan, 2296) – Ülvi Sadıqov (2488) - 0:1
Yoav Milikov (İsrail, 2200) – Məhəmməd Muradlı (2444) - 0:1
Abdulla Qədimbəyli (2404) – Anastasiya Çiqayeva (Rusiya, 2167) - 1:0
Sila Çağlar (Türkiyə, 2094) – Kənan Qarayev (2368) - 0:1
Yakub Rabatin (Çexiya, 2313) – Cahandar Azadəliyev (1863) – 0,5:0,5
Turnir cədvəli: 1. Lukas Van Forest (Hollandiya), 2. Sergey Azarov (Belarus), İvan Çeparinov (Gürcüstan) – hamısı 3 xal, ...112. Məhəmməd Muradlı, ...132. Rauf Məmmədov, ...153. Ülvi Sadıqov - hamısı 2 xal, ...163. Abdulla Qədimbəyli, ...204. Eltac Səfərli, ... 269. ...Kənan Qarayev – hamısı 1,5, ...303. Cahandar Azadəliyev - 1.
Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.