• İDMAN

    12:29 22 mart 2019

Rauf Məmmədov Avropa çempionatında mövqeyini yaxşılaşdırıb

Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında IV turun görüşləri keçirilib. ONA-nın məlumatına görə, Azərbaycan millisinin liderləri dördüncü oyun gününü qələbə ilə bitiriblər.

Belə ki, təmsilçilərimizdən Rauf Məmmədov ardıcıl 3-cü qələbəsini qazanmaqla, 132-ci pillədən 58-ci yerə qalxıb. Eltac Səfərli də növbəti qələbə sayəsində mövqeyini yaxşılaşdırıb.

Digər şahmatçılarımızdan Kənan Qarayev, Cahandar Azadəliyev 4-cü matçını qalib kimi başa vurub.

Avropa çempionatı
IV tur

Aleksandr Belyavski (Sloveniya, 2526) – Rauf Məmmədov (2701) – 0:1
Ülvi Sadıqov (2488) - David Anton Quijarro (İspaniya, 2643) - 0:1
Məhəmməd Muradlı (2444) - Dennis Vaqner (Almaniya, 2580) - 0,5:0,5
Juraj Druska (Serbiya, 2434) – Eltac Səfərli (2662) – 0:1
Kirill Georgiyev (Makedoniya, 2595) – Abdulla Qədimbəyli (2404) – 1:0
Kənan Qarayev (2368) - Valentin Draqnev (Avstriya, 2511) - 1:0
Cahandar Azadəliyev (1863) – Momçil Petkov (Bolqarıstan, 2296) - 1:0

Turnir cədvəli: 1. Tal Baron (İsrail), 2. Sergey Azarov (Belarus), 3. İvan Çeparinov (Gürcüstan) – hamısı 3,5 xal, ...58. Rauf Məmmədov - 3, 113. Məhəmməd Muradlı, ...132. Eltac Səfərli, 134. ...Kənan Qarayev – hamısı 2,5, ...219. Ülvi Sadıqov, ...226. Cahandar Azadəliyev, ...236. Abdulla Qədimbəyli - hər ikisi 2.

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR