• İDMAN

    11:11 25 mart 2019

Rauf Məmmədovun Avropa çempionatında qələbə seriyası qırılıb

Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında VI turun görüşləri keçirilib. ONA-nın məlumatına görə, bir günlük istirahətdən sonra Azərbaycan millisinin üzvləri növbəti görüşlərinə çıxıblar.

7 təmsilçimizdən 3-ü qalib gəlib. Eltac Səfərli mövqeyini yaxşılaşdırdığı halda, Rauf Məmmədov ardıcıl 4 qələbədən sonra məğlub olub.

Digər şahmatçılarımızdan 1-i heç-heçə oynayıbsa, 3-ü uduzub.

Avropa çempionatı
VI tur

Zbinev Hraçek (Çexiya, 2578) – Rauf Məmmədov (2701) – 1:0
Eltac Səfərli (2662) – Stamatis Kurkolos-Arditis (Yunanıstan, 2435) - 1:0
Kənan Qarayev (2368) - Adrien Demut (Fransa, 2510) - 0:1
Məhəmməd Muradlı (2444) - Eduard Romeyn (Fransa, 2658) - 0:1
Ülvi Sadıqov (2488) - Andrey Tsvetkov (Rusiya, 2322) - 1:0
Cahandar Azadəliyev (1863) – Duşan Radovanoviç (Serbiya, 2331) - 0,5:0,5
Özgün Şahin (Türkiyə, 2221) – Abdulla Qədimbəyli (2404) – 0:1

Turnir cədvəli: 1. Maksim Rotşteyn (İsrail), 2. Kasper Piorun (Polşa) - hər ikisi 5,5 xal, 3. Vladislav Artemiyev (Rusiya) - 5, ...60. Rauf Məmmədov, ...87. Eltac Səfərli - 4, ...216. Ülvi Sadıqov - 3, ...230. Məhəmməd Muradlı, 242. ...Kənan Qarayev, ...268. Cahandar Azadəliyev – hər üçü 2,5, ...282. Abdulla Qədimbəyli - 2.

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR