Fransalı futbolçu Adrien Rabio karyerasını İspaniyada davam etdirəcək.
ONA-nın məlumatına görə, PSJ-nin 24 yaşlı yarımmüdafiəçisi yayda “Real”a keçəcək.
Rabio artıq Madrid klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. PSJ ilə anlaşması bu yay başa çatan futbolçu İspaniya təmsilçisinə azad agent statusu ilə gələcək.
Paris təmsilçisi ilə yeni müqavilə imzalamadığı üçün əsas heyətdən kənarlaşdırılan Rabio digər İspaniya nəhəngi “Barselona”nın da maraq dairəsində idi. Lakin həmyerlisi Zinəddin Zidanın “Real”ın baş məşqçi postuna qayıdışı fransalının seçimində rol oynayıb.
Qeyd edək ki, Adrien cari mövsüm PSJ-də cəmi 20 oyun keçirib.