“Real” Eden Azarı transfer edir
  • İDMAN

  • 10:59 06 Aprel 2019

“Real” Eden Azarı transfer edir

İspaniyanın “Real” klubu Belçika yığmasının futbolçusu Eden Azarı transfer edir.

ONA-nın “Marka”ya istinadən məlumatına görə, hücumçunun Madrid klubuna keçidi yaxın günlərdə rəsmiləşəcək.

Artıq ispaniyalılarla futbolçunun şərəfini qoruduğu İngiltərə “Çelsi”si ilə danışıqları yekunlaşmaq üzrədir. E.Azar Madriddə özünə ev seçmək üçün bu şəhərə yollanacaq. 28 yaşlı hücumçunu ötən il də almaq istəyən həmin vaxt onun transferi üçün 200 milyon avro ödəməyə razı olmadığı üçün keçid baş tutmamışdı.

Qeyd edək ki, E.Azar 2012-ci ildən “Çelsi”də çıxış edir. O, Fransa “Lill”indən 35 milyon avroya transfer olunub.

Vüqar Xeyrullayev

Teqlər: Real Eden Azar transfer

OXŞAR XƏBƏRLƏR