• İDMAN

    12:35 1 may 2019

“Real” Eriksenlə anlaşıb

İspaniyanın “Real” klubu danimarkalı futbolçu Kristian Eriksenlə anlaşıb.

ONA-nın “As” qəzetinə istinadən məlumatına görə, yarımmüdafiəçinin yayda Madrid təmsilçisinə keçməsi razılaşdırılıb.

“Real” K.Eriksenin keçidini həll etmək üçün onun klubu ilə danışıqlara start verməlidir. İngiltərənin “Tottenhem” klubunda çıxış edən yarımmüdafiəçinin müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Qeyd edək ki, K.Eriksen 2013-cü ildən “Tottenhem”də çıxış edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR