• İDMAN

    10:08 13 iyun 2019

“Real” fransalı müdafiəçi ilə 6 illik müqavilə imzalayıb

İspaniyanın “Real” klubu yay fasiləsində növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, belçikalı Eden Azar və serbiyalı Luka Yoviçin ardınca Fransa millisinin futbolçusu Ferlan Mendi də Madrid klubuna keçib.

Ölkəsinin “Lion” klubundan transfer olunan 24 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Onun keçidi 48 milyon avroya başa gəlib. Lakin bu məbləğ bonuslar hesabına daha 5 milyon avro arta bilər.

Yeni transferin təqdimatı iyunun 19-da “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR