“Real” Militaonu transfer edib
  • İDMAN

  • 16:25 14 Mart 2019

“Real” Militaonu transfer edib

İspaniyanın “Real” klubu yeni futbolçu transfer edib. ONA-nın məlumatına görə, Madrid təmsilçisi Portuqaliyanın “Portu” klubunun müdafiəçisi Eder Militaonu heyətinə qatdığını açıqlayıb.

21 yaşlı futbolçu cari mövsüm başa çatdıqdan sonra yeni komandasına qoşulacaq. Militao ilə bağlanan 6 illik müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Eder “Portu”ya ötən yay Braziliyanın “San-Paulu” klubundan keçib. Həmin vaxt futbolçunun transfer qiyməti 4 milyon avro təşkil edib.