İspaniyanın “Real” klubu Madriddəki “Santyaqo Bernabeu” stadionunun yenidənqurma işlərinə hazırlığını başa vurur.
ONA-nın məlumatına görə, mayda başlayacaq işlər üçün 575 milyon avro kredit götürülüb.
Bu vəsait “Real”ın hesabına üç dəfəyə köçürüləcək. İlk məbləğin verilməsi bu ilin iyulunda, digərləri isə 2020 və 2021-ci ildə gerçəkləşəcək.
Madrid klubu 30 illik krediti 2,5 faizlə ödəməli olacaq. Klub ilk ödənişi 2023-cü ildə gerçəkləşdirməlidir. “Real” 2049-cu ilədək hər il 29,5 milyon avro qaytarmalıdır. Layihəni “JP Morgan” və “Bank of America Merrill Lynch”, “Banco Santander”, “Societe Generale” və “CaixaBank” maliyyələşdirir.
Qeyd edək ki, 1947-ci ildə tikilən “Santyaqo Bernabeu”da sonuncu dəfə 2001-ci ildə yenidənqurma işləri aparılıb.