İspaniya futbolunun əfsanələrindən olan Raul Qonzales “Real”ın yeniyetmələrdən ibarət komandasının baş məşqçisi təyin ediləcək. ONA-nın məlumatına görə, 42 yaşlı mütəxəssis bu postda vəzifəsindən azad edilən Alvaro Benitonu əvəzləyəcək.
Baş məşqçi dəyişikliyinə sonuncunun KİV-də verdiyi açıqlamalar səbəb olub. Klubun əsas komandasının İspaniya kubokunun yarımfinalının “Barselona” ilə cavab matçını dəyərləndirən A.Benito kəskin tənqidlərə ehtiyac duyub. Məşqçi 0:3 hesablı ev məğlubiyyətinə görə Kazemiro, Serxio Ramos və Toni Kroosu günahlandırıb. Onun belə çıxışı klub rəhbərliyini qəzəbinə səbəb olub və bu üzdən baş məşqçi istefaya göndərilib.
Qeyd edək ki, “Real”ın yetirməsi olan Raul 16 il şərəfini qoruduğu klubda keçirdiyi 520 oyunda 228 qol vurub, 169 mükafat qazanıb. Bunlardan altısı İspaniya çempionluğu, üçü Çempionlar Liqasıdır.