“Bu, möhtəşəm idi. Gənc komanda ilə mən intizamlı və yaxşı qurulmuş kollektivlə necə qələbə qazanmağı göstərdik”.
ONA-nın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Yana Kulan deyib.
Milliləşdirilmiş legioner Yaponiya V liqasında “Toray”ın heyətində ikinci olmasının təəssüratlarını bölüşüb. O bildirib ki, çempionluq üçün “Qızıl set”də uduzsalar da, bu, onlar üçün böyük uğurdur: Rəqibimiz olan “Hisamitsu”nun əsəbləri daha möhkəm idi. Onların “Qızıl set” təcrübələri də vardı. Mənim komanda yoldaşlarım isə bu finaldan çox şey öyrəndilər. Təsəvvür edin ki, peşəkar karyeralarındakı ilk ildə finalda yüksəldilər. Biz möhtəşəm bir iş gördük”.
Y. Kulan “Hisamitsu” ilə final matçında rekord vuraraq, tarixə də düşüb. O, 60 yığmaqla indiyədək nə kişi, nə də qadın voleybolçuların bacarmadığı nailiyyətə imza atıb: “Komandama 65 xal lazım olsa, mən bunu da qazanmaq üçün hər şey edərəm. Əslində, neçə xal topladığımı bilmirdim. Sadəcə çempionluğu istəyirdim”.
Hücumçu “worldofvolley”ə müsahibəsində ağır mövsümün ardından Türkiyə və İspaniyada istirahət edəcəyini açıqlayıb: “Növbəti mövsüm üçün əsas planım zədələnməmək və meydanda etdiklərimlə fəxr etməkdir. İstirahət üçün bir həftəlik Çanaqqalaya gedəcəyəm. Sonra isə ailəm və dostlarımla dincəlmək üçün Barselonaya yollanacaq”.