• İDMAN

    02:03 28 aprel 2019

“Renn” 48 ildən sonra Fransa kubokuna sahib çıxıb - VİDEO

Fransa kubokunda 2018/19 mövsümünün qalibi müəyyənləşib.

ONA-nın məlumatına görə, Sen-Denidəki “Stad de Frans”da baş tutan final oyununda PSJ və “Renn” qarşılaşıblar.

Paytaxt təmsilçisi görüşün əvvəlində iki qol vursa da, üstünlüyünü qoruya bilməyib. Nəticədə məhsuldar alınan matçın əsas və əlavə vaxtında qalib bəlli olmayıb – 2:2.

Kubokun taleyinə penaltilər seriyası aydınlıq gətirib. Son 4 mövsümdə kuboku başı üzərinə qaldıran PSJ bu seriyanı davam etdirə bilməyib. 6:5 hesabı ilə qalib gələn 48 ildən sonra kuboka sahib çıxıb.

Fransa kuboku
Final
27 aprel
“Renn” – PSJ – 2:2, pen. 6:5

Kimbembe, 40 (avtoqol), Mekser, 66 – Alves, 13, Neymar, 21

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR