• İDMAN

    01:07 3 aprel 2019

“Renn” Fransa kubokunda finala yüksəlib

Fransa kubokunda yarımfinal mərhələsinə start verilib.

ONA-nın məlumatına görə, ilk finalçı Lionda bəlli olub.

Bu şəhərin eyniadlı komandası öz meydanında “Renn”i qəbul edib. Məhsuldar keçən matçda 5 qol vurulub. 3:2 hesablı qələbə qazanan qonaqlar finala ilk vəsiqənin sahibi olublar.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək digər yarımfinal oyununda PSJ “Nant”ı qəbul edəcək.

Fransa kuboku
Yarımfinal
2 aprel
“Lion” – “Renn” – 2:3

Traore, 47, Dembele, 75 (pen.) – Nyanq, 40, Andre, 55, Bensebalni, 81

Tahir

Teqlər:

SON XƏBƏRLƏR