“UEFA Avropa Liqasının final oyunu kimi mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycan və xüsusilə Bakı üçün çox gözəl imkandır. Xüsusi məqam odur ki, finalda iki London komandası qarşılaşacaq – “Arsenal” və “Çelsi”.
ONA-nın məlumatına görə, bunu “Arsenal”ın və Fransa yığmasının sabiq yarımmüdafiəçisi Rober Pires bildirib.
“Mən karyeramın 6 ilini “Arsenal”da keçirmişəm və əlbəttə ki, finalda bu komandanı dəstəkləyəcəyəm. Bundan əlavə, mən komandanın özündə səfir kimi fəaliyyət göstərirəm. “Arsenal” burda oynayacağından da bu titulu yenidən qazanmağını gözləyirəm”, - deyə R. Pires bildirib.
Bakının uzaq olduğu fikrini şərh edən sabiq futbolçu qeyd edib ki, bu, heç də belə deyil: "Fikrimcə, Bakı o qədər də uzaq deyil. Təyyarə ilə cəmi 5 saatlıq yoldur. Bu, həm “Çelsi”, həm də “Arsenal” azarkeşləri üçün yeni bir ölkəni, yeni bir şəhəri kəşf etmək üçün gözəl bir imkandır. Ona görə Bakının uzaq olduğunu deməzdim".
O bildirib ki, final oyununa sponsorlardan birinin numayəndəsi kimi cəlb olunub.
"Azərbaycan azərkəslərinin futbol sevgisinə bələdəm. Stadion böyükdür, azərkəs tutumu böyükdür. Hər iki komandanın azarkeşləri üçün final çox maraqlı keçəcəyinə inanıram", - deyə R. Pires bildirib.
Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.