“Roma” baş məşqçi postuna 5 namizəd müəyyənləşdirib
  • İDMAN

  • 11:43 29 May 2019

“Roma” baş məşqçi postuna 5 namizəd müəyyənləşdirib

İtaliyanın “Roma” klubunun baş məşqçisi postuna namizədlərin siyahısı müəyyənləşib.

ONA-nın məlumatına görə, paytaxt təmsilçisi bu vəzifəyə beş mütəxəssisi nəzərdən keçirir.

A seriyası təmsilçisi Antonio Kontenin təyinatında daha maraqlı olsa da, çalışdırıcının “İnter”ə üstünlük verəcəyi gözlənilir. “Atalanta” ilə tarixi uğura imza atıb komandanı ilk dəfə mükafatçılar sırasına çıxaran Can Pyero Qasperini isə Berqamo təmsilçisi ilə müqaviləni uzatdığından onun təyinatı artıq inandırıcı görünmür.
“Sampdoriya”nın iddiaları artmayacağı halda, klubdan ayrılacaq Marko Campaolo, həmçinin “Milan”ı tərk edən Cennaro Qattuzo da “Roma”nın siyahısında yer alıb. Paytaxt klubunun siyahısındakı sonuncu məşqçi “Sassuolo”da çalışan Roberto de Dzerbidir.

Qeyd edək ki, 2018/19 mövsümü başa çatandan sonra Klaudio Ranyeri ilə yollarını ayıran “Roma”da baş məşqçi postu vakantdır.

OXŞAR XƏBƏRLƏR