İtaliyanın “Roma” klubu baş məşqçisi ilə yollarını ayırıb. ONA-nın məlumatına görə, A seriyası təmsilçisi Eusebio Di Françeskonu istefaya göndərib.
Klub rəhbərliyinin belə addım atmasına romalıların Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırması səbəb olub. Portuqaliyanın “Portu” klubuna səfərdə 1:3 hesabı ilə uduzan italiyalılar evdə qazandığı üstünlüyü (2:1) əldən verib.
Komandanın A seriyasında 5-ci yerdə qərarlaşmasından da narazı olan rəhbərlik 49 yaşlı mütəxəssisi vəzifəsindən kənarlaşdırıb.
Qeyd edək ki, Di Françesko 2017-ci ilin yayından “Roma”nı çalışdırırdı.