İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç Bakıya gəlib.
ONA-nın məlumatına görə, rusiyalı milyarder Avropa Liqasının Bakı Olimpiya Stadionunda “Arsenal”la final görüşünü canlı izləyəcək.
O, Bakıda həlledici oyundan öncə komandası ilə görüş də keçirib.
Qeyd edək ki, rusiyalı 2003-cü ildən London klubunun sahibidir.