Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo zədə problemini arxada qoyub.
ONA-nın məlumatına görə, bərpa prosesini başa vuran 34 yaşlı hücumçu artıq meydana çıxmağa hazırdır.
Portuqaliyalı Çempionlar Liqasının 1/4 final mərhələsinin Hollandiya “Ayaks”ı ilə gələn həftə keçiriləcək matçında iştirak edə bilər. K.Ronaldo yaxşı formadadır və bərpa dövrü qrafiklə nəzərdə tutulduğundan daha sürətli keçib.
Hücumçunun A seriyasının aprelin 6-da baş tutacaq “Milan”la görüşündə meydana çıxacağı gözlənir. Lakin məşqçilər korpusunun XXXI turda futbolçuya istirahət verərək ayın 10-da Amsterdamda baş tutacaq avrokubok matçı qoruyacağı prozlaşdırılır.
Qeyd edək ki, K.Ronaldo AVRO-2020-nin seçmə mərhələsinin martın 25-də keçirilən Serbiya ilə oyununda (1:1) xəsarət aldığı üçün əvəzlənib.