• İDMAN

    09:11 27 may 2019

Ronaldo son 12 ildə ilk dəfə bombardirlər yarışında “üçlük”dən kənar qalıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo İtaliya “Yuventus”unda keçirdiyi ilk mövsümdə A seriyasının bombardirlər yarışında 4-cü olub.

ONA-nın məlumatına görə, 31 matçda 21 qol vuran hücumçu son 12 ildə ilk dəfə “üçlük”dən kənar qalıb.

K.Ronaldonun oynadığı çempionatın üç ən yaxşı bombardiri siyahısına düşməməyinə sonuncu dəfə 2006-cı ildə təsadüf olunmuşdu. Həmin vaxt “Mançester Yunayted”də çıxış edən portuqaliyalı İngiltərə Premyer Liqasını 9 qolla bitirmişdi.

Qeyd edək ki, A seriyasının ən yaxşı bombardiri “Sampdoriya”lı Fabio Kvalyarella olub – 26 top. 36 yaşlı veteran “Atalanta”nın hücumçusu Duvan Zapatanı üç, mövsümə “Cenoa”da başlayıb, “Milan”da başa vuran Kşiştof Penteki 4 qol qabaqlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR