"Bütün işlərimizdə FİFA-nın dəstəyini hiss edirəm. Bizə göstərdiyi etimada görə, UEFA-ya da minnətdarlıq edirəm. Bu etimadı yüksək səviyyədə doğruldacağımıza inanırıq. Başda ölkə başçısı olmaqla, bütün futbol ictimaiyyəti bunun üçün əlindən gələni edir". ONA-nın məlumatına görə, bunu AFFA-nın Hesabat Konfransında qurumun prezidenti Rövnəq Abdullayev deyib.
AFFA rəhbəri klublarımızın növbəti mövsüm avrokuboklarda öz sözlərini deyəcəyini və yaxşı çıxış edəcəyinə inam da ifadə edib: “Milli komandamızı da çətin sınaq gözləyir. Novruz bayramında ilk oyunumuzu Xorvatiyaya qarşı keçirəcəyik. Yığmamıza uğurlar arzulayıram. İnanıram ki, ötənilki uğursuzluğu bizə unutduracaqlar. AVRO-2020-dəki seçmə mərhələdə uğurlu çıxış etməyə çalışmalıyıq. Düşünürəm ki, 2019-cu il bizim üçün uğurlu olacaq və "Birlikdə güclüyük" devizimiz həyata keçəcək".