Çexiyanın paytaxtı Praqada qadın cüdoçular arasında Avropa kubokuna start verilib. ONA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin yeganə idmançısı Aleksandra-Larisa Florian da tatamiyə çıxıb.
Rumıniyalı legionerin yığmamızda debütü uğurlu alınmayıb. Florian medalın bir addımlığında büdrəyərək, 5-ci yeri tutub. Belə ki, 52 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu İsrail, Finlandiya və Hollandiya təmsilçilərinə qalib gələrək, yarımfinala yüksəlib. Lakin finala gedən yolda Monqolustan idmançısına uduzub. Florian 3-cü yer uğrunda görüşdə də məğlubiyyətə üzülüb. Bu dəfə fransalı rəqibi güclü olub.