• İDMAN

    12:24 14 mart 2019

Rusiya Futbol İttifaqının texniki direktoru: “Azərbaycanla start matçımız çox vacibdir”

“U-19-lar arasında Avropa çempionatının elit-raundunda durum çətindir. Çünki final mərhələsinə yalnız qrup qalibləri yüksələcək”. ONA-nın məlumatına görə, bunu Rusiya Futbol İttifaqının texniki direktoru Andrey Leksakov deyib.

Qurum rəsmisi 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun Rusiya, Azərbaycan, İrlandiya və Rumıniyanın yer aldığı I qrupunu dəyərləndirib: “Rəqiblərimiz olan İrlandiya, Rumıniya və Azərbaycan ilk baxışdan U-17 millimizin rəqibləri qədər güclü deyil. Amma bu komandalardan hər birinə qalib gəlmək lazımdır. Qısamüddətli turnirlərdə çox şey ilk matçdan asılı olur. Buna görə də Azərbaycanla start matçımız çox vacibdir. Evdə oynamağımız bir tərəfdən azarkeş dəstəyi, digər yandan əlavə məsuliyyətdir”.

Qeyd edək ki, Krasnodarda keçiriləcək Rusiya – Azərbaycan matçı martın 20-də baş tutacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR