• İDMAN

    20:25 23 aprel 2019

Rusiyanın “Lokomotiv” klubunun qapıçısı Azərbaycan yığmasına çağırılıb

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

ONA-nın məlumatına görə, “Səbail”dən dəvət edilən Rauf Ağasənov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.

Onu millinin toplanışına yeni cəlb olunan qapıçı əvəzləyib. Rusiyanın “Lokomotiv” (Moskva) komandasının üzvü Amin Ramazanov bu gündən hazırlıq prosesinə qoşulub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR