• İDMAN

    20:39 23 fevral 2019

[b]Rüstəm Orucov “Böyük dəbilqə”də bürünc medal qazanıb[/b]

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. ONA-nın məlumatına görə, yarışın ikinci günü Azərbaycan yığması üçün uğurlu alınıb.

73 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüstəm Orucov “Böyük dəbilqə”nin bürünc medalına yiyələnib. İlk döyüşündə Fethi Nourinə (Əlcəzair) qalib gələn Olimpiya mükafatçımız ardınca Ciovanni Espositonu (İtaliya) mübarizədən kənarlaşdırıb. 1/4 final isə təmsilçimiz üçün məğlubiyyətlə nəticələnib. Orucov yaponiyalı Şohei Onoya uduzub.

Buna baxmayaraq, təsəlliverici görüşə qatılan Rüstəm sonda fəxri kürsüyə yüksəlməyi bacarıb. O, polşalı Viktor Mrovzinskini ippona saldıqdan sonra 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Musa Moquşkovdan da üstün olub.

R.Orucovdan fərqli, Murad Fətiyev və Fəqan Quluzadə (hər ikisi 81 kq) mükafat qazana bilməyiblər.

Qeyd edək ki, turnirə fevralın 24-də yekun vurulacaq. Yarışın son günündə 5 cüdoçumuz tatamiyə çıxacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR