• İDMAN

    14:01 6 may 2019

“Sabah” Futbol Klubu illik maliyyə hesabatını açıqlayıb

“Sabah” Futbol Klubu 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.

ONA-nın məlumatına görə, paytaxt təmsilçisinin illik gəliri 1 864,2 min manat təşkil edib.

Bu gəlirlərin 1 275,5 min manatı reklamlar və sponsorlardan əldə olunub. 568,7 min manatı isə digər gəlirlərdən klubun büdcəsini artırıb.

“Sabah”ın xərcləri isə 1 870,0 min manat olub. Bunun 75,3 min manatı gənclər futbolunun inkişafına çəkilibsə, 1 794,7 min manatı digər xərclərə sərf olunub.

Maliyyə ili üçün ümumi mənfəət 100,6 min manat təşkil edib. Bunun 94,8 min manatı digər xərclər və gəlirlərə sərf olunub.

Klubun aktivlərinin cəmi 511,7 min manatdır. Cəmi kapital 112,1 min manat təşkil edir. Komandanın ilin sonuna öhdəliklərinin cəminə gəldikdə, bu, 623,8 min manata bərabərdir. Ondan 241,5 min manatı cari öhdəlikləri, 382,3 min manatı uzunmüddətli öhdəlikləridir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR