Bakının “Sabah” klubu Miloş Bosançiçlə yollarını ayırıb.
ONA-nın məlumatına görə, serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Cari mövsümdə iki klubda oynamış yarımmüdafiəçi 2018-ci ilin avqustunda “Keşlə”dən “Sabah”a keçmişdi. Sonuncuların heyətində 2 matça çıxan legioner 10 oyunda debütantın formasını geyinib və 1 qola imza atıb.
Qeyd edək ki, M.Bosançiç Azərbaycana gələnədək Çexiyanın “Slovan” klubunda çıxış edib.