• İDMAN

    17:27 28 may 2019

Sabah tamaşaçıların Bakı Olimpiya Stadionuna haradan daşınacağı açıqlanıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin ONA-ya verdiyi məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspress xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. X1 ekspress xətt avtobuslarından istifadə etmək istəyən tamaşaçılar isə Bakı Olimpiya Stadionuna metronun “Qara Qarayev” stansiyası yaxınlığından gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanacaq və proses saat 23:00-dək davam edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR