• İDMAN

    22:43 4 may 2019

Sabah Topaz Premyer Liqasının mükafatçıları müəyyənləşə bilər

Sabah Topaz Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

ONA-nın məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Bu qarşılaşmalardan ikisi mükafatçıların müəyyənləşməsi baxımından böyük önəm kəsb edir. Belə ki, həm Azərbaycan çempionu, həm də gümüş və bürünc medallar sona bir tur qalmış sahibini tapa bilər.

Bu turda qızıl mükafat uğrunda mübarizə aparan “Qarabağ”la “Neftçi” bürüncə iddialılar müvafiq olaraq, “Səbail” və “Qəbələ” ilə görüşəcək. Bu iki qiyabi mübarizədə öndə olanlar öz aralarında görüşəcəksə, geri qalanlar bir-biri ilə üz-üzə gələcək.

Ardıcıl 6-cı çempionluğun astanasında olan “Qarabağ” “Səbail”lə ev oyununda qalib gəlsə, birinci yerinin taleyinə aydınlıq gələcək. Paytaxt təmsilçisi isə üç xal qazanmaqla bürünc medala sahib çıxacaq. “Səbail” bunu bacarsa, tarixində ilk dəfə mükafatçılar sırasına düşəcək və avrokuboklarda debüt şansı əldə edəcək.

Lakin taleləri öz əlində olan “Qarabağ”la “Səbail” istənilən nəticəni qazanmamaqla da indiki mövqeyini rəsmiləşdirə bilər. Bunun üçün onların Qəbələdə üz-üzə gələn rəqibləri büdrəməlidir.

“Neftçi” “Qəbələ”yə qalib gələ bilməsə, gümüş medalla kifayətlənəcək, “Qarabağ” isə ümumilikdə 7-ci çempionluğunu bayram edəcək. İntriqanın son tura saxlanması üçün isə Qurban Qurbanovun yetirmələri xal itirməli, Roberto Bordinin komandası qalib gəlməlidir.

“Qəbələ”nin xal itkisi isə “Səbail”i bürünc mükafatçı edəcək. “Qırmızı-qaralar”ın medal şansını qalması üçün Sənan Qurbanovun yetirmələri qalib gəlməli, “Səbail” isə xal itirməlidir. Hətta hər üç medal dəstinin sona bir tur qalmış sahibini tapması da mümkündür.

Digər iki matç isə Premyer Liqada qalmaq baxımından önəm kəsb edir. Sonuncu pillədə olan “Keşlə” “Zirə”ni “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək. Ayxan Abbasovun yetirmələrini yerini qorumaq üçün qalib gəlməli və autsayderin xal itkisinə ümid etməlidir. “Keşlə” uduzsa, sumqayıtlılar heç-heçə ilə də I diviziona yuvarlanmaqdan xilas olacaq.

Qeyd edək ki, sonuncu turun matçları mayın 11-də baş tutacaq.

Topaz Premyer Liqası
XXVII tur
5 may (bazar)

“Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”, 17:00

“Qəbələ” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Qəbələ şəhər stadionu, 18:00 (“CBC Sport”/canlı)

“Qarabağ” – “Səbail”
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00 (“CBC Sport”/canlı)

“Sumqayıt” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, 20:00 (pfl.az/canlı)

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

26

18

6

2

58-19

60

2

Neftçi

26

16

7

3

47-22

55

3

Səbail

26

12

5

9

33-29

41

4

Qəbələ

26

9

9

8

30-29

36

5

Sabah

26

7

6

13

20-37

27

6

Zirə

26

6

7

13

24-39

25

7

Sumqayıt

26

6

5

15

22-42

23

8

Keşlə

26

5

5

16

24-41

20

Bombardir: Baqali Dabo ("Neftçi") - 12 qol.

ONA

Teqlər:

SON XƏBƏRLƏR