“Sabah”ın 2019/20 mövsümü üçün hazırlıq planı bəlli olub.
ONA-nın məlumatına görə, son mövsümün debütantı iyunun 17-də Bakıda toplaşacaq.
Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.
Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində baş tutacaq. Komanda iyulun 16-da qardaş ölkəyə yollanacaq. Türkiyədəki təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək.
“Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.