• İDMAN

    11:52 25 aprel 2019

Sabiq “Mançester Yunayted”li: “Mourinyonu “təkər altına atanlar” Sulşerlə də belə rəftar edəcəklər”

“Futbolçular özlərini növbəti oyunda göstərəcəyini deyəndə mənə qəribə gəlir. Axı, sən hər oyunda özünü göstərməlisən”. ONA-nın məlumatına görə, bunu “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin deyib.

İrlandiyalı futbol veteranı vaxtilə kapitanı olduğu komandanın hazırkı durumunu şərh edib. O, sabiq baş məşqçi Joze Mourinyonun istefaya göndərilməsində rolu olan futbolçuların Ole-Qunnar Sulşerin də postundan ayrılmasına “töhfə” verəcəklərini düşünür: “Hansı komandada oynadığın vacib deyil, özünü hər qarşılaşmada göstərməlisən. Belə futbolçuların vədlərinə inanmıram. Bunlar elə həmin oyunçulardır ki, Joze Mourinyonu “avtobusun təkəri altına atıblar”. Onlar Ole-Qunnar Sulşerlə də eynilə belə rəftar edəcəklər. “Mançester Yunayted”in zirvəyə qayıtması üçün bu tip futbolçular həddindən çoxdur. Hətta komandanın “Top-4”ə düşməsi barədə söhbətlər də klubun meydanda və kənardakı standartlarının necə dəyişməsini göstərir”.

Qeyd edək ki, “Mançester Yunayted” dünən keçirilən XXXI turun təxirə salınan oyununda “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR