• İDMAN

    16:11 6 may 2019

“Səbail” ukraynalı qapıçı ilə yeni müqavilə imzalayıb

Topaz Premyer Liqasının bürünc mükafatçısı olan “Səbail” ukraynalı qapıçısı Aleksandr Rıbka ilə yeni müqavilə imzalayıb.

ONA-nın məlumatına görə, 32 yaşlı əlcək sahibi daha iki il paytaxt təmsilçisinin formasını geyinəcək.

Qış fasiləsində “Səbail”ə keçən A.Rıbka öncədən mövsümün sonuna qədər müqavilə imzalamışdı. O, bu müddətdə keçirdiyi 11 oyunda 13 top buraxıb.

“Qəbələ” ilə matçda dizindən zədə alan qapıçı əməliyyat olunub. Qolkiper bu səbəbdən mövsümü başa vurub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR