• İDMAN

    09:22 1 may 2019

Şəhriyar Məmmədyarov FİDE-nin reytinq siyahısında mövqeyini qoruyub 

FİDE yeni reytinq cədvəlini açıqlayıb.

ONA-nın məlumatına görə, may üçün açıqlanan “Top-100”də 4 kişi və 2 qadın şahmatçımız yer alıb.

Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. Hesabında 2781 xalı olan qrossmeysterimiz 5-ci pillədə yer alıb. Mövqeyini qoruyan Ş. Məmmədyarov siyahıya başçılıq edən Maqnus Karlsendən (Norveç) 80 xal geri qalır.

Teymur Rəcəbov 2759 xalla 12-ci, Arkadi Naydiç 2682 xalla 58-ci, Qədir Hüseynov 2654 xalla 97-cidir.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə 2436 xalla 40-cı, Xanım Balacayeva 2373 xalla 92-cidir. Xanım zəka sahiblərin siyahısına Yifen Hou (Çin, 2662) başçılıq edir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR