• İDMAN

    09:44 1 mart 2019

Şəhriyar Məmmədyarov FİDE reytinqində mövqeyini qoruyub

FİDE mart ayı üçün reytinq cədvəlini açıqlayıb. ONA-nın məlumatına görə, kişilər arasında “Top-100”də Azərbaycan millisinin 6 şahmatçısı yer alıb.

Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. Son ayla müqayisədə yerini qoruyan qrossmeysterimiz 2790 reytinq xalına malikdir. 13-cü pillədə qərarlaşan Teymur Rəcəbov (2756) da mövqeyini qoruyub.

Digər şahmatçılarımıza gəlincə, Arkadi Naydiç (2710) geriləyib. Milliləşdirilmiş legionerimiz 13 rəqibini özündən irəli buraxıb. 2701 xala malik Rauf Məmmədov 42-cidir. Qədir Hüseynov (2664) 82-ci, Eltac Səfərli (2662) 85-ci pillədə yer alıb.

Qadın şahmatçıların ən güclü “100-lüy”ündə isə bu dəfə 2 həmyerlimiz var. 10 pillə irəliləyən Günay Məmmədzadə 39-cu pilləyə qalxıb. O, 2438 xala malikdir. Xanım Balacayeva (2398) isə 2 pillə geriləməklə, 66-cı yerə enib. G.Məmmədzadə və X.Balacayevadan fərqli, Gülnar Məmmədova “Top-100”ü tərk edib.

Qeyd edək ki, kişi şahmatçıların reytinqinə Maqnus Karlsen (Norveç, 2845), qadın idmançıların siyahısına isə Yifan Hou (Çin, 2662) başçılıq edir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR