• İDMAN

    12:01 6 mart 2019

Şəhriyar Məmmədyarov Bundesliqa klubuna köməyə yollanıb

Azərbaycan milli komandasının şahmatçısı Şəhriyar Məmmədyarovun Almaniya Bundesliqasının cari mövsümündəki debütü uğurlu alınıb. ONA-nın məlumatına görə, 34 yaşlı qrossmeyster IX turda qoşulduğu yarışda məğlubiyyətsiz irəliləyir.

Həmyerlimiz “Vernhaym” klubunun şərəfini qoruyur. Martın 1-də ilk matçına çıxan Ş.Məmmədyarov artıq 3 görüşdə lövhə arxasına keçib. O, IX turda “Hokenhaym”ın üzvü Samuel Şanklanda qalib gəlib. Ardınca Peter Leko (“Deyzisau”) və Fabiano Karuana (“Baden-Baden”) ilə heç-heçə edib.

Təmsilçimizin ilk qələbəsi komandasına faydalı olmayıb – 2,5:5,5. Digər 2 qarşılaşmada isə “Vernhaym” 4:4 hesablı heç-heçə edib.

Növbəti 2 tur martın 9-10-da baş tutacaq. Şəhriyarın komandası “Drezden” və “Berlin”lə üz-üzə gələcək.

Məmmədyarovdan fərqli, Bundesliqadakı digər təmsilçimiz Arkadi Naydiç həm də bir gün öncə start götürən dünya çempionatına qatılıb. “Baden-Baden”də çıxış edən milliləşdirilmiş legioner ilk turdan sıralarında olduğu komandada 9 görüş keçirib. O, bu qarşılaşmalarda 4 qələbə qazanıb, 4 heç-heçə edib və 1 matçda uduzub.

Naydiçin çıxış etdiyi “Baden-Baden” 11 turda məğlubiyyət acısı yaşamayıb. Hesabın 18 xal olan komanda turnir cədvəlinin lideridir. “Vernhaym”ə gəlincə, Şəhriyarın komandası 16 klub arasında 7-ci yerdədir. Onların aktivində 12 xalı var.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR