• İDMAN

    09:25 8 aprel 2019

Səməd Məmmədli Berlində 3-cü olub

Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” adlı beynəlxalq turnir başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, 26 ölkədən 140 gənc gimnastın qatıldığı yarışda komandamız 1 bürünc medal qazanıb.

Gimnastımız Səməd Məmmədli turnirdə 3-cü yeri tutub. Onun dəstəli atda çıxışını hakimlər 12,850 xalla dəyərləndirib. S. Məmmədli turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.

Digər təmsilçimiz Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastımız 12,200 xalla yarışı 4-cü yerdə bitirib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR